logo

Ter-Petrosyandan Ermənistanda vətəndaş müharibəsi proqnozu

18:58 05-12-2020 | icon 2107
Ter-Petrosyandan Ermənistanda vətəndaş müharibəsi proqnozu

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan ölkədə hakimiyyət uğrunda mübarizənin güclənməsindən dərin narahatlığını ifadə edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,bu barədə Ermənistan Milli Konqres partiyasının mətbuat katibi Arman Musinyan bildirib.

Ter-Petrosyanın fikrincə, münaqişə tərəflərinin iradəsindən asılı olmayaraq, bu mübarizə hər hansı bir təxribata görə vətəndaş müharibəsinə çevrilə bilər.

"Bu, yalnız Qarabağ üçün deyil, Ermənistan dövlətçiliyi üçün də son olacaqdır. Eyni zamanda, birinci prezident bu təhlükənin tam fərqində olan Nikol Paşinyan və Vazgen Manukyanın hadisələrin gedişindən yayınmaq üçün hər cür səy göstərəcəklərinə ümid edir”, -deyə Arman Musinyan bildirib.

Qeyd edək ki, bu gün Ermənistan müxalifəti Paşinyanın istefası tələbi ilə ümumrespublika mitinqi keçirəcək. Mitinqdə müxalifətin baş nazir vəzifəsinə namizəd irəli sürdüyü Vazgen Manukyanın çıxışı planlaşdırılır.