logo

İranda koronavirusdan ölənlərin sayı 50 mini ötüb

15:15 05-12-2020 | icon 2205
İranda koronavirusdan ölənlərin sayı 50 mini ötüb

Son 24 saat ərzində İranda 12 min 151 nəfər koronavirusa yoluxub, 321 nəfər isə həyatını itirib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, İranın Səhiyyə Nazirliyinin açıqlamasına görə, beləliklə  ölkədə koronavirusa yoluxanların ümumi sayı 1, 2 milyona, yoluxaraq ölənlərin sayı isə 50 min 26-ya çatıb.

Xüsusi xəstəxanalarda müalicəsini davam etdirən 5 min 817 xəstənin vəziyyəti ağır olaraq qalır. Müalicəsi uğurla bitən 719 min 708 xəstə isə sağalaraq evə buraxılıb.

İranda tətbiq olunan 2 həftəlik sərt karantin tədbirləri bu gün başa çatıb.