logo

ATƏT-ə yeni baş katib təyin olundu

21:54 04-12-2020 | icon 2072
ATƏT-ə yeni baş katib təyin olundu

ATƏT-in Xarici İşlər Nazirləri Şurası təşkilatın baş katibi vəzifəsinə Helqa Şmidi təyin edib.

YeniAvropa xəbər verir ki, almaniyalı diplomat H.Şmid daha əvvəl Avropa Xarici Fəaliyyətlər Xidmətinin (EEAS) baş katibi olub.

Bundan əlavə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru vəzifəsinə italiyalı hüquq müdafiəçisi Matteo Mekaççi təyin edilib.

Milli azlıqlarla bağlı ali komissar vəzifəsinə Qazaxıstanın sabiq xarici işlər naziri Kayrat Əbdürəhmanov, KİV azadlığı komissarı vəzifəsinə isə Portuqaliya XİN-in sabiq dövlət katibi Maria Teresa Ribeiro təyin olunub.

Qeyd edək ki, adıçəkilən bütün vəzifələr 57 üzv ölkə arasında konsensus əsasında tutulduğu üçün 18 iyul tarixindən bu yana boş qalmışdı.