logo

2021-ci ildə dünyanı son 75 ilin ən ağır humanitar böhranı gözləyir-BMT 

19:59 04-12-2020 | icon 2163
2021-ci ildə dünyanı son 75 ilin ən ağır humanitar böhranı gözləyir-BMT 

Əgər ölkələr zəruri maliyyələşmə ayırmasalar, dünya 2021-ci ildə son 75 ilin ən ağır humanitar böhranı ilə qarşılaşa bilər.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu xəbərdarlığı Ümumdünya Ərzaq Proqramının direktoru Devid Bizli BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr edilmiş xüsusi sessiyasında çıxışı zamanı səsləndirib.

O, qeyd edib ki, son dörd ildə əsasən silahlı münaqişələr nəticəsində ölüm aclığı astanasında olan insanların sayı 80 milyondan 135 milyonadək artıb. COVID-19 səbəbindən isə bu rəqəm 270 milyona yüksəlib.

Devid Bizlinin sözlərinə görə, hazırkı mərhələdən baxanda 2021-ci il fəlakətli görünür. Lakin zəruri vəsait toplamaq mümkün olsa, qeyri-sabitliyin, aclıq və miqrasiyanın qarşısını almaq olar.