logo

Azərbaycan-Latviya əməkdaşlığı müzakirə edilib

16:10 04-12-2020 | icon 1862
Azərbaycan-Latviya əməkdaşlığı müzakirə edilib

Dekabrın 4-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Latviyanın xarici işlər naziri Edqars Rinkeviç arasında telefon danışığı olub.

YeniAvropa xəbər verir ki, bu haqda  Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.

Bildirilib ki, telefon söhbəti zamanı nazirlər bölgədə mövcud olan son vəziyyət, 10 noyabr tarixli Birgə Bəyanatın icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Nazirlər, həmçinin ölkələrimiz arasında mövcud olan ikitərəfli münasibətlərdən bəhs edib və çoxtərəfli formatlarda əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Eyni zamanda, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramında iştirakla bağlı məsələlər nəzərdən keçirilib.

Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.