logo

Azərbaycanda daha 4267 nəfər koronavirusa yoluxdu, 41 nəfər öldü

15:56 04-12-2020 | icon 1792
Azərbaycanda daha 4267 nəfər koronavirusa yoluxdu, 41 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasına daha 4267 yoluxma faktı qeydə alınıb, 2566 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 138 min nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 83 min 800 nəfər müalicə olunaraq sağalıb, 1551 nəfər vəfat edib. Aktiv xəstə sayı 52649 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 797 min 26 test aparılıb. Bugünkü test sayı isə 15808-dir.