logo

Sinoptiklərdən intensiv yağış və qar xəbərdarlığı

14:49 04-12-2020 | icon 1883
Sinoptiklərdən intensiv yağış və qar xəbərdarlığı

Sinoptiklər yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, dekabrın 5-dən 8-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 2-4° enəcək.