logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb

14:15 04-12-2020 | icon 315
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 21 cinayətin üstü  “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 22 nəfər, borclu şəxs qismində axtarılan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş 4 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər ölüb, 1nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.