logo

Polis  yaşayış yerini tərk edən 21  aktiv koronavirus xəstəsini saxladı

13:54 04-12-2020 | icon 1624
Polis  yaşayış yerini tərk edən 21  aktiv koronavirus xəstəsini saxladı

Analiz nəticələri pozitiv çıxan COVID-19 xəstələrinin evdə məcburi özünü təcrid qaydalarına əməl edilməsi Daxili İşlər Orqanları tərəfindən nəzarətdə saxlanılır.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, respublika ərazisində dekabrın 3-də epidemiya əleyhinə, sanitariya-gigiyena, karantin rejimlərinin pozulmasına səbəb olan 21 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə saxlanılaraq evə qaytarılıblar.

On yeddi nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması, xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.

DİN aktiv koronavirus xəstələrinin, eləcə də onların yaxınlarının diqqətinə çatdırır ki, pandemiyaya qarşı görülən tədbirlərin səmərəli olması vətəndaşların qaydalara əməl etməsindən asılıdır.