logo

TƏBİB-in şöbə müdiri Sərhəd Qoşunları Hospitalına rəis təyin olundu

13:31 04-12-2020 | icon 1617
TƏBİB-in şöbə müdiri Sərhəd Qoşunları Hospitalına rəis təyin olundu

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndə (TƏBİB) kadr dəyişikliyi olub.

 YeniAvropa xəbər verir ki, TƏBİB-in şöbə müdiri Şükür Eyvazov öz istəyilə vəzifəsindən azad edilib.

Şükür Eyvazov Modern.az-a açıqlamasında bir müddət əvvəl TƏBİB-dən ayrıldığını təsdiqləyib.

Digər məlumata görə, Ş.Eyvazov Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Hospitalına rəis təyin edilib.