logo

Bakıda Almaniya-Azərbaycan biznes forumu keçiriləcək

12:58 04-12-2020 | icon 2247
Bakıda Almaniya-Azərbaycan biznes forumu keçiriləcək

Aprelin 28-də Bakıda "Azərbaycanda davamlı su və tullantı sularının idarə edilməsi" mövzusunda Almaniya-Azərbaycan biznes forumu keçiriləcək.

 YeniAvropa xəbər verir ki, bu barədə Alman-Azərbaycan Xarici Ticarət Palatasından (“AHK-Azərbaycan”) bildirilib.Qeyd edilib ki, biznes forum hər iki ölkənin şirkətləri arasında həllyönümlü ikitərəfli mübadilə imkanlarına yol açacaq.

Xatırladaq ki,  alman texnologiya təminatçıları aprelin 27-30-da ölkəmizdə səfərdə olacaq. Nümayəndə heyəti səfər zamanı Azərbaycan bazarı haqqında konkret ilkin məlumatları əldə edəcək və B2B görüşlər, dövlət qurumlarına ziyarətlər, dəyirmi masalar vasitəsilə ölkənin əsas səlahiyyətli qurumları ilə əlaqə yaratmaq imkanı əldə edəcəklər.