logo

Daha bir vəzifəli şəxs koronavirusdan dünyasını dəyişdi

11:09 04-12-2020 | icon 1568
Daha bir vəzifəli şəxs koronavirusdan dünyasını dəyişdi

Paytaxtın  Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Elman Yəhyayev koronavirusdan dünyasını dəyişib.

 YeniAvropa xəbər verir ki,  bu barədə mərhumun yaxınları sosial şəbəkədə məlumat paylaşıblar.

Bildirlib ki, 57 yaşlı E.Yəhyayev bir neçə gün öncə koronavirusa yoluxub. Onu  karantinə alaraq 1 saylı Kliniki Tibbi Mərkəzinə (Semaşko) yerləşdirilblər. Burada bir neçə gün müalicə alsa da, nəticəsi olmayıb. 

E.Yəhyayev doğulduğu Sabirabad rayonunda dəfn ediləcək.

Allah rəhmət eləsin!