Rəsmi Bakıdan Ermənistanın XİN rəhbərinə cavab gəldi
"Ermənistan rəhbərliyindən fərqli olaraq, Azərbaycan prezidenti imzaladığı hər bir sənədin nəinki indiki mərhələdə, hətta uzaq perspektivdə nəyə xidmət etdiyini çox yaxşı bilir. Bunu dövlət başçımız yalnız sözləri ilə deyil, konkret əməlləri ilə nümayiş etdirir".
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti İdarəsinin Ermənistan xarici işlər naziri Ara Ayvazyanın “Armenpress” agentliyinə verdiyi müsahibəsinə dair şərhində bildirilib.
Qeyd edilib ki, Ermənistan xarici işlər naziri, xəyal dünyasından nə qədər acı olsa da reallığa dönməlidir: “Ermənistan tərəfinin uzun illər ərzində sərgilədiyi beynəlxalq hüquqa zidd və destruktiv mövqe bu ölkəni uçuruma sürükləyib. Ermənistan hökuməti son baş verən hadisələrdən nəticə çıxarmalı və bölgədə yaranmış yeni reallıqla barışmalıdır.
Azərbaycan BMT TŞ-nin müvafiq qətnamələrinin icrasını təmin etdi və ərazi bütövlüyünü bərpa etdi. 10 noyabrda Ermənistan hökumət başçısının da imzaladığı birgə bəyanatla bölgədə yeni təhlükəsizlik və əməkdaşlıq formatı yarandı.
Əsir və girovların, cəsədlərin dəyişdirilməsinə gəldikdə isə, Ermənistan xarici işlər nazirinə xatırladırıq ki, məhz Ermənistan tərəfi uzun illər ərzində Azərbaycanın “hamının hamıya” dəyişdirilməsi təşəbbüsünə qarşılıq vermirdi. İndi bu prinsipin Ermənistan tərəfindən qəbul edilməsi elə dəyişən reallığın bir hissəsidir. Azərbaycan isə hər zaman beynəlxalq humanitar hüquq prinsiplərinə ciddi riayət edib, humanizm prinsiplərindən çıxış edərək, hətta hərbi əməliyyatlar davam edən zaman birtərəfli qaydada erməni əsirlərini və cəsədləri qarşı tərəfə təhvil verib.
Ermənistan tərəfinin 10 noyabr tarixli birgə bəyanatı yozmaq əvəzinə bu razılaşmadan irəli gələn məsələləri yerinə yetirməsi bölgədə uzun illərdir gözlənilən sülhün yaranmasına xidmət edəcəkdir”.
İtkin düşən daha bir zabitimizin şəhid olduğu bəlli olub
Azərbaycan COVİD-19-a qarşı peyvəndə 46,1 milyon manat xərcləyib
Azərbaycanda Minatəmizləmə Agentliyi yaradıldı
Azərbaycan-Əfqanıstan parlament əməkdaşlığı müzakirə olunub
Ceyhun Bayramov Sergey Lavrovla Qarabağı müzakirə edib
Azərbaycanda daha 349 nəfər koronavirusa yoluxdu, 12 nəfər öldü
“Azercell”in dəstəklədiyi məktəblilərdən 2021-ci ildə ilk uğur
İlham Əliyev:“Bu da...gorbagor olmuş icra başçısının otağı”
Rasim Balayev:“Əməkdar artist adını 3000, xalq artisti adını 5000 manata satırdılar“
Cari ildə Bakı ilə Minsk arasında yüksək səviyyəli səfərlər planlaşdırılır
İcazəsiz hərbi forma geyinənlər 500 manatadək cərimələnəcək
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt bəlli oldu
İlham Əliyev: Məscidləri bu günə qoyan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz
“WhatsApp” messencerində yeni funksiya istifadəyə veriləcək
Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlıları birgə təlimlər keçirəcək
Meliorasiya İdarəsi 1 gündə 3 tender keçirdi-inanılmaz maxinasiya
Paytaxt sakinindən 25 kq-dan çox heroin götürülüb
Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin videogörüntüləri yayıldı
Zərif Moskvada Lavrovla Dağlıq Qarabağı müzakirə edəcək
Yanvarın 16-na olan hava proqnozu
Sabah paytaxtın küçə və prospektləri dezinfeksiya ediləcək
İlham Əliyev 38 il əvvəl Şuşada çəkdirdiyi fotonu nümayiş etdirdi
Erməni vandallarının güllələdikləri heykəllər Şuşaya qaytarıldı
Prezident və xanımı Şuşa məscidini ziyarət ediblər - Fotolar
İlham Əliyev Füzuli-Şuşa yolunun təməlini qoyub, Şuşaya səfər edib