logo

Ermənistan Bakıya qarşı yeni 4 şərt irəli sürdü

21:55 03-12-2020 | icon 448
Ermənistan Bakıya qarşı yeni 4 şərt irəli sürdü

Bir neçə ay öncə Azərbaycana qarşı 7 şərt irəli sürən Paşinyanın aqibətindən nəticə çıxarmayan Ermənistan XİN-in yeni rəhbəri Ara Ayvazyan bəzi iddialarla çıxış edib.

YeniAvropa xəbər verir ki, A.Ayvazyan 10 noyabr bəyanatının Dağlıq Qarabağ münaqişəsinin "son və uzunmüddətli” həllini əhatə etmədiyini bildirib.

A.Ayvazyan ATƏT XİN başçıları şurasının iclasındakı çıxışında Dağlıq Qarabağ münaqişəsinin həlli və regionda sülhün bərqərar olması üçün vacib olan "4 şərt”i səsləndirib:

1. Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız xalqların öz müqəddəratını müəyyənləşdirməsi prinsipi və "artsax xalqının” təhlükəsizliyi ilə mümkündür;

2. Ərazinin işğaldan azad edilməsi, erməni qaçqınların təhlükəsiz halda geri qayıtması təmin edilməlidir.

3. Azərbaycanın nəzarətində olan erməni mədəni-dini abidələrinin qorunması vacib şərtdir.

4. Danışıqlar yalnız Minsk Qrupu formatında aparılmalıdır. Çünki yalnız bu format münaqişənin tənzimlənməsi ilə bağlı beynəlxalq mandata sahibdir.

Erməni nazir əsirlərin "hamının hamıya” prinsipi ilə(bu prinsipi Azərbaycan tərəfi təklif edib – red.) əlavə şərt irəli sürülmədən icra olunması və meyitlərin dəyişdirilməsinə şamil edilməsini də təklif edib.

Xatırladaq ki, Azərbaycanla şərtlə danışmağın nə demək olduğunu Ermənistan hökuməti anlamalı idi. Döyüşdə darmadağın ediləndən sonra beynəlxalq tribunadan istifadə edərək, Azərbaycanla danışıqlar üçün yenə də şərtlər irəli sürmək Ermənistan hakimiyyətinin qeyri-peşəkar siyasi xəttindən xəbər verir.