ATƏT-in Minsk qrupu Dağlıq Qarabağla bağlı bəyanat yaydı
ATƏT-in Minsk Qrupuna həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ATƏT Nazirlər Şurasının iclası çərçivəsində birgə bəyanat yayıb.
YeniAvropa ATƏT-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ Dövlət katibinin birinci müavini Stefen Biqan və Fransanın Avropa və Xarici İşlər naziri Jan İv le-Drien Azərbaycan Respublikası prezidenti, Ermənistan baş naziri və Rusiya prezidentinin 2020-ci il 9 noyabr tarixli bəyanatına uyğun olaraq Dağlıq Qarabağ münaqişəsi ərazisində hərbi əməliyyatların dayandırılmasını alqışlayıblar.
Bəyanatda bildirilir ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Ermənistanı və Azərbaycanı Dağlıq Qarabağ və ətraf rayonlarda, habelə əvvəlki atəşkəs öhdəliklərində olduğu kimi, noyabrın 10-da qəbul olunan bəyanata uyğun olaraq götürdükləri öhdəlikləri tam yerinə yetirməyə çağırır:
"Həmsədr ölkələr Rusiya Federasiyasının Azərbaycan və Ermənistanla razılığa gələrək hərbi əməliyyatların yenidən başlanmamasına zəmanət vermək üçün gördüyü tədbirlərin əhəmiyyətini vurğulayırlar. Ayrıca, bütün xarici muzdluların bölgəni tam və sürətli şəkildə tərk etmələrini tələb edir, bütün tərəfləri bu gedişi asanlaşdırmağa çağırır.
Həmsədr ölkələr Ermənistan və Azərbaycana beynəlxalq humanitar hüququn tələblərini, xüsusən də hərbi əsirlərin mübadiləsi və cəsədlərin qaytarılması ilə bağlı öhdəliklərini xatırladır.
Son döyüşlər də daxil olmaqla, Dağlıq Qarabağ münaqişəsi nəticəsində köçkün düşmüş insanların könüllü, təhlükəsiz, ləyaqətli və dayanıqlı qayıdışı üçün şərtlərin təmin edilməsinin vacibliyini vurğulayırlar.
Onlar Dağlıq Qarabağda və onun ətrafında tarixi və dini irsin qorunmasının vacibliyini vurğulayırlar. Həmsədr ölkələr Azərbaycan və Ermənistanı bu sahədəki öhdəliklərini yerinə yetirmək və humanitar girişi təmin etmək üçün müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə çağırır.
Bu ölkələr BQXK, BMT təsisatlarına və digər müvafiq strukturlara, eləcə də ATƏT-in Minsk Qrupunun ayrı-ayrı ölkələri də daxil olmaqla beynəlxalq birliyə Dağlıq Qarabağ və onun ətrafındakı ərazilərdə humanitar vəziyyətin yaxşılaşdırılması üçün koordinasiyalı şəkildə konkret addımların atılması üçün müraciət edir.
Həmsədr ölkələr, həmçinin, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və onun komandasının davamlı işinə güclü dəstək verdiklərini bir daha bəyan edirlər.
Onlar Ermənistanı və Azərbaycanı həmsədrlərin himayəsi altında davamlı və dayanıqlı sülh razılaşması üçün mövcud atəşkəsdən istifadə etməyə çağırır. Bu kontekstdə həmsədr ölkələr tərəfləri həmsədrləri fürsət yaranan kimi ən tez zamanda bölgədə qəbul etməyə və həll olunmamış bütün məsələlərin razılaşdırılmış cədvələ uyğun olaraq həll edilməsi üçün substantiv danışıqlara başlamağa çağırır.
ATƏT-in Minsk qrupunun həmsədr ölkələri mübahisələri həll etmək üçün güc tətbiq edilməməsi və ya təhdid edilməməsinə dair götürdükləri qətiyyətli öhdəlikləri xatırladır. Bəyanat müəllifləri münaqişənin qalan bütün əsas substantiv məsələlərinin həm Ermənistan, həm də Azərbaycanın yaxşı bildiyi əsas prinsip və elementlərə uyğun olaraq danışıqlar yolu ilə, hərtərəfli və dayanıqlı həlli üçün ardıcıl və vahid mövqelərini bir daha vurğulayır. Həmsədr ölkələr bölgədə sülhü, sabitliyi və rifahı təşviq etmək üçün uzun illərdir davam edən səylərinə uyğun olaraq bu hədəfi reallaşdırmağa sadiq qalır".
Nazir Azad Rəhimov komaya düşüb
Ramiz Mehdiyev Oqtay Səmədovu niyə işdən çıxardı? - SƏBƏB
Mərkəzi Xəstəxanasının baş həkimi və baş mühasibi saxlanıldı-Masallıda
“Azercell” nümunəvi xidmət keyfiyyəti ilə daim irəlidədir
Daha 15 müəssisədən Rusiyaya pomidor və alma ixracına icazə verilib
İnam Kərimov KT Nazirlərinin 13-cü Berlin Konfransında iştirak edib
“Şou-biznesdə sözü keçən yeganə müğənni mənəm"-Afət Fərmanqızı
Azərbaycandadaha 280 nəfər koronavirusa yoluxdu, 11 nəfər öldü
Görkəmli sərkərdə Həzi Aslanovun anım mərasimi keçirilib
XİN başçıları Azərbaycan- Gürcüstan əməkdaşlığını müzakirə ediblər
BMT-nin Nüvə Silahının Ləğvi Barədə Müqaviləsi qüvvəyə mindi
Neft Fondunun aktivləri 43,5 milyard dolları ötüb
Müdafiə sahəsində Azərbaycan-Britaniya əməkdaşlığı müzakirə olunub
Mərkəzi Bank: 500 manatlıq pul nişanı tədavülə buraxılmayıb
XİN Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə münasibət bildirib
Füzulinin Yuxarı Əbdürrəhmanlı kəndinin videogörüntüləri yayıldı
Kəmaləddin Heydərovun ölkədən pul çıxarma məsələsi böyüyür – Deputatdan açıqlama
Paytaxtın bu ərazisində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Ötən il TRACECA-nın Azərbaycan hissəsində 32,7 milyon ton yük daşınıb
Bəzi sənaye parkları "Azərbaycan İnvestisiya Şirkəti”dən çıxarılıb
Ukraynada matəm elan edilib
Azərbaycanda İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb – Fərman
Füzuli rayonunun işğaldan azad edilmiş Qarğabazar kəndi-VİDEO
Fevralın 1-dən repetitorluq fəaliyyətinə icazə veriləcək
Tələbələrin 50 faizdən çoxu dövlət hesabına təhsil alır