logo

Azərbaycan və Türkiyə XİN başçıları arasında telefon danışığı olub

18:28 03-12-2020 | icon 399
Azərbaycan və Türkiyə XİN başçıları arasında telefon danışığı olub

Dekabrın 3-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

YeniAvropa xəbər verir ki, bu haqda  Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.

Telefon danışığı zamanı nazirlər ATƏT-in Nazirlər Şurasının 27-ci iclası ilə bağlı, eləcə də qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.