logo

Lavrov ATƏT-i Dağlıq Qarabağ münaqişəsinin həllində fəal iştiraka səslədi

18:08 03-12-2020 | icon 441
Lavrov ATƏT-i Dağlıq Qarabağ münaqişəsinin həllində fəal iştiraka səslədi

Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) üzvü olan ölkələrin daha fəal iştirak edəcəyini gözləyir.

YeniAvropa xəbər verir ki, bu fikri Rusiyanın xarici işlər naziri Sergey LavrovATƏT üzvü olan dövlətlərin Xarici İşlər Nazirləri Şurasının iştirakçılarına video-müraciətində səsləndirib.

 “Münaqişələrin nizamlanmasında bu təşkilatın potensialına ehtiyac qalır. ATƏT məkanında böhranların həllinə dair əldə edilmiş razılaşmalar iştirakçı dövlətlər tərəfindən daha artıq dərəcədə dəstəklənməlidir. Bu, həmin razılaşmaların reallaşmasına şərait yaradacaq. Biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına tətbiqən belə bir dəstək gözləyirik və buna hər vasitə ilə kömək edəcəyik. ATƏT-in Minsk qrupunun üç həmsədri arasında əməkdaşlığı yüksək qiymətləndiririk”,-deyə rusiyalı nazir bildirib.