logo

Laçın və Kəlbəcər rayonlarına komendantlar təyin olunub

16:32 03-12-2020 | icon 434
Laçın və Kəlbəcər rayonlarına komendantlar təyin olunub

İşğaldan azad olunmuş ərazilərimizdə müvəqqəti xüsusi idarəetmənin təşkilinə dair Azərbaycan prezidentinin imzaladığı fərmana uyğun olaraq, Daxili İşlər Nazirliyi müvafiq ərazilərin müvəqqəti komendantlarını təyin edir və müvəqqəti komendantlıqların fəaliyyətini təşkil edir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmrlərinə əsasən Laçın rayon Polis Şöbəsinin rəisi polis polkovniki Adil Əliyev Laçın rayonuna, Kəlbəcər rayon Polis Şöbəsinin rəisi polis polkovniki Haqverdi Əkbərov Kəlbəcər rayonuna komendant təyin olunublar.

Şöbələrin şəxsi heyəti müvafiq rayon sakinlərinin sıx məskunlaşdıqları bölgələrdə fəaliyyətlərini davam etdirməklə yanaşı, işğaldan azad olunan rayonlarda xidmətə cəlb ediliblər.