Müdafiə Nazirliyi Vətən müharibəsi ilə əlaqədar rəqəmləri açıqladı
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Vətən müharibəsi ilə əlaqədar məlumat yayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya daxil olan məlumatda qeyd edilib ki, Ermənistanın 2020-ci il sentyabrın 27-də ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə Vətən müharibəsinə başlayıb.
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti Vətən müharibəsində qəhrəmancasına və şücaətlə döyüşərək Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr endirib, illər ərzində Ermənistanın işğal altındakı torpaqlarımızda qurduğu mürəkkəb konstruksiyalı mühəndis-istehkam və bunker sistemlərini darmadağın edib, bir neçə eşelondan ibarət və sıx şəkildə minalanmış müdafiə xətlərini yararaq torpaqlarımızı işğaldan azad edib.
Rəşadətli və qorxmaz əsgər və zabitlərimiz əksər strateji yüksəkliklərin, əlverişli döyüş mövqelərinin Ermənistan silahlı qüvvələrinin əlində olması, Ermənistanın çoxsaylı artilleriya, yaylım atəşli reaktiv sistemləri və minaatan qurğularından ibarət sıx atəş zərbələri altında və çətin coğrafi relyef və iqlim şəraitində döyüş apararaq Ermənistanı məğlub etməyə müvəffəq olub.
Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan biridir.
Otuz ilə yaxın həsrətində olduğumuz torpaqlarımız şəhidlərimizin qanı və canı bahasına işğaldan azad edilib. Döyüş əməliyyatı planlarının yüksək peşəkarlıqla hazırlanması, yüksək texnologiyaların tətbiqi, müxtəlif qoşun növlərinin fəaliyyətinin səmərəli əlaqələndirilməsi, havada mütləq üstünlüyün əldə edilməsi, ordumuzun manevr qabiliyyəti, digər taktiki və strateji üstünlükləri şəxsi heyətin sıralarında itkilərimizi əsaslı dərəcədə azaldıb. Amma müharibə itkisiz olmur.
Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.
“Həlak olan hərbi qulluqçuların adları, təvəllüdü, rütbəsi və keçdiyi döyüş yolu barədə təfərrüatlı məlumatlar əlavə olaraq ölkə ictimaiyyətinə təqdim olunacaqdır. Aidiyyəti dövlət qurumlarının əməkdaşlarından ibarət komissiya bu istiqamətdə fəaliyyət göstərir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şəhidlərimizin ruhu qarşısında baş əyirik!”, - deyə Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.
Türkiyədə daha 137 nəfər koronavirusdan həyatını itirib
FHN: Dağıntılar altından xilas edilənlərin sayı 6-ya çatıb
Nazirlər Kabineti 2021-ci il üçün prioritetləri müəyyənləşdirib
FHN Xırdalandakı partlayışla bağlı məlumat yayıb
Ötən il “Azercell”in LTE şəbəkəsi öllkə üzrə 85 %-dən çox genişlənib
Füzuli rayonunun işğaldan azad edilmiş Dövlətyarlı kəndi-VİDEO
Azərbaycanda daha 57 nəfər koronavirusa yoluxdu, 11 nəfər öldü
Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyi qeyd ediləcək
“Azərbaycan və Ermənistan arasında əldə olunan sülhü alqışlayırıq”-Avropa Şurası baş katibi
250 qırqovul vəhşi təbiətə buraxılıb
Füzuli rayonunun işğaldan azad edilmiş Kürdlər kəndi- VİDEO
Suraxanı rayonunda cinayətkar dəstə üzvləri tutulublar
XİN rusiyalı deputatın Azərbaycana qarşı işlətdiyi ifadələr pislədi
Nazir Vilayət Eyvazov Əli Həsənovun oğlunu işdən çıxardı
Mehriban Əliyeva yenidən Gimnastika Federasiyasının prezidenti seçilib
Belçikalı Hendrik Daems ikinci dəfə AŞ PA-nın prezidenti seçilib
Baş prokuror: Ötən il 30 nəfər Azərbaycana ekstradisiya edilib
Prezident İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib
Nardaranda silahlı şəxs saxlanılıb
2020-ci ildə Azərbaycanda 67,9 min oğlan, 59,6 min qız doğulub
Neft Fondu dövlət büdcəsinə 112,1 milyard manat vəsait köçürüb
Bakıda Azərbaycan və İranın xarici işlər nazirlərinin görüşü keçirilir
Sabah Bakıda 9° isti olacaq
Azərbaycanda ötən il 254 cinayətkar qrup zərərsizləşdirilib
Neft Fondu ötən il “Azəri-Çıraq-Günəşli”dən 3,5 milyard dollar gəlir əldə edib