logo

Zəngilanda "Shacman" körpüdən aşdı - Sürücü öldü

13:09 03-12-2020 | icon 6370
Zəngilanda "Shacman" körpüdən aşdı - Sürücü öldü

Zəngilan rayonunda yol qəzası baş verib.

 YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, dekabrın 2-i saat 12 radələrində Zəngilan rayonu ərazisində İmişli rayon sakini Nicat Qasımov idarə etdiyi “Shacman” markalı yük avtomobilini Oxçu çayının üzərindən keçən körpüdən aşırıb və aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Zəngilan rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.