logo

KTMT-in iclasında Nikol Paşinyan gülünc vəziyyətə düşüb

12:34 03-12-2020 | icon 1792
KTMT-in iclasında Nikol Paşinyan gülünc vəziyyətə düşüb

Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvlərinin iştirakı ilə videokonfrans formatında keçirilən sammitdə gülünc vəziyyətə düşüb.

YeniAvropa xəbər verir ki, canlı yayıma qoşulan N.Paşinyan cibindəki elektron avadanlıq və dəmir əşyaları unudub. Bunlar isə canlı bağlantı zamanı əks effekt verərək mikrofonun işinə mane olub. O, Qarabağ müharibəsi haqqında danışmaq istəyərkən mikrofonunun səsi kəsilib, ara-sıra xışıltılar eşidilib.

KTMT-ə üzv ölkələrin prezidentləri Paşinyanın nədən bəhs etdiyini eşitməyiblər. Rusiya prezidenti V.Putin bir neçə dəfə ona səsinin eşidildiyini bildirsə də, canlı bağlantıda səs kəsilib. 

Nəyhayət Paşinyanın ətrafı ona ciblərindəki  metal tərkibli əşyaları boşaltmağı işarə edib.

Paşinyanın ciblərindəki mobil telefonları və digər elektron cihazları çıxararaq kənara qoyması sosial şəbəkələrdə gülüş hədəfinə çevrilib.