logo

Türkiyədə 5 bal gücündə zəlzələ olub

11:15 03-12-2020 | icon 2065
Türkiyədə 5 bal gücündə zəlzələ olub

Türkiyənin Siirt vilayətində Rixter cədvəli üzrə 5.0 bal gücündə zəlzələ olub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Bildirilib ki, yeraltı təkan Türkiyə vaxtı ilə saat 8.45-də qeydə alınıb.

Əhalinin böyük təşvişinə səbəb olan zəlzələ Diyarbəkir, Şırnak və Şanlı Urfa bölgələrində də hiss olunub.

Vilayət rəhbərliyinin bildirdiyinə görə, Siirt şəhərində dağıntı barədə məlumat yoxdur. Zəlzələnin ətraf bölgələrə təsiri araşdırılır.