logo

Ermənistanın yeni "Paşinyan"ı bu dəfə Vazgen olacaq

23:54 02-12-2020 | icon 2422
Ermənistanın yeni "Paşinyan"ı bu dəfə Vazgen olacaq

Paşinyana qarşı koalisiya yaradan Ermənistan müxalifəti dekabrın 3-nə təyin etdiyi ümumrespublika  mitinqi zamanı ölkənin baş naziri vəzifəsinə öz namizədinin adını açıqlamağa söz verib.

YeniAvropa xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.

Bildirilib ki, mitinqdə Ermənistanın keçmiş baş naziri və müdafiə naziri Vazgen Mikaeloviç Manukyan ölkədə keçid hökuməti qurulacağı təqdirdə, müxalifət tərəfindən Ermənistanın yeni baş naziri vəzifəsinə namizəd göstəriləcək.

Qeyd edilib ki,  mitinqin əsas təşkilatçıları  "Daşnaksutyun", "Vətən" və "Çiçəklənən Ermənistan" partiyalarıdır.