logo

“Səndən mənə qardaş olmaz, sən ermənisən”-Əsgərimizin erməni ilə dialoqu-VİDEO

19:50 02-12-2020 | icon 1771
“Səndən mənə qardaş olmaz, sən ermənisən”-Əsgərimizin erməni ilə dialoqu-VİDEO

Azərbaycan əsgəri ilə torpaqlarımızda qanunsuz məskunlaşmış, təhvil-təslim müddəti başa çatsa da ərazilərimizi tərk etməmiş erməni arasında maraqlı dialoq yaşanıb.

YeniAvropa xəbər verir ki, həmin dialoqu əks etdirən görüntülər sosial şəbəkələrdə yayımlanıb.
Görüntülərdə Ağdam rayonunda qanunsuz məskunlaşmış erməniyə əsgərimiz “Kəndlilərimizin hamısını öldürdünüz, evlərimizi yandırdınız. Sən düşməndən əlavə, ermənisən. Siz həmişə bizə problem yaratmısınız. Sənin oğlun, sənin bacın oğlu kimiləri bizim əsgərlərimizi yaralayıb, şəhid edib" deyir.

Həmin erməni isə əsgərimizə qardaş deyə müraciət edir. Azərbaycan əsgəri isə "Mənə qardaş demə! Səndən mənə qardaş olmaz! Sən ermənisən!"


Həmin görüntüləri təqdim edirik: