logo

Düşmənin Qarabağda itirdiyi hərbçilərinin sayı 1746-dır, yoxsa  4750?

17:31 02-12-2020 | icon 1869
Düşmənin Qarabağda itirdiyi hərbçilərinin sayı 1746-dır, yoxsa  4750?

Ermənistan tərəfi üçtərəfli razılaşmadan (10 noyabr) əvvəl Dağlıq Qarabağda məhv edilmiş daha 34 hərbçinin adını açıqlayıb.

YeniAvropa erməni KİV-nə istinadla xəbər verir  ki,bununla  da işğalçı ölkənin rəsmən elan etdiyi itkilərin sayı 1746-ya çatıb.

Siyasi ekspertlər isə belə hesab edirlər ki, reallıqda Ermənistanın itkiləri göstərilən rəqəmlərdən qat-qat çox olub. Üstəlik, düşmən ordusuna terrorçular və muzdlular da cəlb edilib. Onların ölüm statistikasını isə heç kim aparmayıb.

Xatırladaq ki,bir müddət əvvəl Ermənistanın Vatikandakı keçmiş səfiri Mikayel Minasyan Qarabağda azı 4750 erməni hərbçinin öldüyünü bildirib