logo

Paytaxtda bələdiyyə sədri koronavirusdan dünyasını dəyişdi

17:08 02-12-2020 | icon 2170
Paytaxtda bələdiyyə sədri koronavirusdan dünyasını dəyişdi

Paytaxtın Binəqədi rayonunun Biləcəri bələdiyyəsinin sədri İlham Xəlilov koronavirusdan vəfat edib.

 YeniAvropa xəbər verir ki, bu barədə mərhumun yaxınları sosial şəbəkədə məlumat paylaşıblar. Qeyd olunub ki, İ.Xəlilov bu gün 62 yaşında dünyasını dəyişib.

Xatırladaq ki, İlham Xəlilov 6 yanvar 1958-ci ildə Şəmkir rayonunda anadan olub. 2004-cü ildə keçirilən seçkilərdə Biləcəri bələdiyyəsinə üzv seçilib, 2005-ci ildən 2015-ci ilədək Biləcəri bələdiyyəsinin sədri olub və 4 oktyabr 2018-ci il tarixdə Biləcəri bələdiyyəsinin ümumi iclasının qərarı ilə yenidən bələdiyyə sədri seçilib.