logo

Azərbaycan-Özbəkistan əməkdaşlığı müzakirə edilib

16:55 02-12-2020 | icon 1701
Azərbaycan-Özbəkistan əməkdaşlığı müzakirə edilib

Dekabrın 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilov ilə telefonla danışıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. Noyabrın 10-da imzalanan birgə Bəyanatda nəzərdə tutulan məsələlərin icrasının vacibliyi, eləcə də bölgədə sülh, əmin-amanlıq və təhlükəsizliyin təmin olunması baxımından bu razılaşmanın həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.