logo

Dünyanın ən iri 10 ticarət limanının 7-si Çindədir

14:10 02-12-2020 | icon 2226
Dünyanın ən iri 10 ticarət limanının 7-si Çindədir

Dünyada yük və konteyner dövriyyəsinə görə ilk 10 dəniz ticarət limanından 7-si Çindədir.

 YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, bunlar Şanxay, Şencen, Ninbo, Quancou, Honkonq, Çindao və Tiencin şəhərlərindəki limanlardır. Çinin biznes və maliyyə mərkəzi hesab olunan Şanxay şəhərindəki liman konteyner dövriyyəsinə görə ardıcıl 9 ildir dünya liderliyini qoruyur.

 Çinin Nəqliyyat Nazirliyi 2016-2020-ci illəri əhatə edən beşillik plan çərçivəsində dəmir yolu və su nəqliyyatı ilə daşınan konteynerlərin sayının ildən-ilə 20 faiz artdığını açıqlayıb.

Bildirilir ki, beşilliyin sonunda Çində limanlara yatırılan sərmayənin 55,53 milyard ABŞ dollarına çatacağı gözlənilir.