Azərbaycanda Vətən Müharibəsi ilə bağlı Anım Günü təsis edildi
Prezident İlham Əliyev dekabrın 2-də Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb.
YeniAvropa xəbər verir ki, sərəncama əsasən hər il sentyabrın 27-si Anım Günü kimi qeyd olunacaq.
Sərəncamda deyilir: “Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqının işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başladığı qeyd olunur.
Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir.
Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir.
Həmvətənlərimizin bir çoxu şəhid olmuş, itkin düşmüş, yaralanaraq sağlamlığını itirmişdir. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilmişdir. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabah daha da güclü inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir. Bu, eyni zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amildir.
Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qərara alıram:
1. Hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb
Azərbaycan nefti 56,36 dollara satılır
Cəbrayıl rayonunun Göyərçinveysəlli kəndi -VİDEO
Ali Rada 2021-ci ildə ölkədə NATO təlimlərinin keçirilməsinə icazə verdi
Yunanıstanlı Despina Tsovilis AŞ PA-nın yeni baş katibi seçilib
Vladimir Putin Co Baydeni prezident seçilməsi münasibətilə təbrik etdi
ABŞ-ın yeni dövlət katibi məlum oldu
Türkiyədə koronavirusdan daha 134 nəfər öldü
Gürcüstanın xarici işlər naziri koronavirusa yoluxub
Bakıda daha bir qadın intihar etdi: Özünü 6-cı mərtəbədən atdı
Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili XİN-ə çağırıldı
İranın xarici işlər naziri Moskvadan Yerevana gəlib
10 manatlıq şirkət "Aztelekom” un milyonluq tenderinin qalibidir
Rusiya və İran Qarabağ məsələsini müzakirə edəcəklər
Qubadlı rayonunun Dəmirçilər kəndinin videogörüntüləri yayıldı
İmişlidə avtotəmir sexində pendir və yağ da istehsalı edirdilər
Sabah paytaxtın bəzi rayonlarında su olmayacaq
Tofiq Bakıxanov “Şərəf” ordeni ilə təltif edildi
Albert Mustafayev "Prezidentin fəxri diplomu” ilə təltif edilib
Əhalinin banklardakı əmanətləri artıb
Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə telefonda danışdı
Xırdalanda dağıntılar altında qalan azyaşlının meyidi çıxarılıb
Azərbaycanda daha 326 nəfər koronavirusa yoluxdu, 7 nəfər öldü
Ramin Quluzadə Prezidentin İşlər müdiri təyin edilib
Prezident Oqtay Şahbazovu vəzifəsindən azad etdi