logo

Kəlbəcərə komendant təyin edildi

12:44 02-12-2020 | icon 1603
Kəlbəcərə komendant təyin edildi
"Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" fərmanına uyğun olaraq müvafiq tədbirlər həyata keçirilməkdədir”.
 
 YeniAvropa xəbər verir ki,  bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisə 123 saylı Kəlbəcər seçki dairəsindən deputat seçilmiş Aqil Məmmədov məlumat verib.
 
O bildirib ki, bu gün səhər saatlarından etibarən Kəlbəcər rayon Polis Şöbəsi işğaldan azad edilmiş Kəlbəcər şəhərinin mərkəzinə yerləşdirilib:
 
"Daxili işlər nazirinin müvafiq əmri ilə Kəlbəcər Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenant Haqverdi Əkbərov komendant təyin edilib”.