logo

Şəhid Xudayar Yusifzadənin xatirəsinə videoslayd hazırlanıb

11:57 02-12-2020 | icon 3717
Şəhid Xudayar Yusifzadənin xatirəsinə videoslayd hazırlanıb

Geyindiyi hərbi forma bu gün də hazır vəziyyətdə onu gözləyir. Amma Xudayar Yusifzadə daha o formanı geyinə bilməyəcək. Çünki o, 44 günlük Vətən müharibəsində adını şəhidlik zirvəsinə yazdıran qəhrəmanlardan biri oldu. Hamımız onu oxuduğu “Vətən yaxşıdır” mahnısı ilə tanıdıq. Gülər üzü, Vətən sevgisi və xoş avazı ilə qəlblərə yol tapdı Xudayar Yusifzadə.

 YeniAvropa xəbər verir ki,bu sözlər Bakı şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin xatirəsinə həsr olunmuş videoslaydda yer alıb.

Videoslayd şəhid Xudayar Yusifzadənin ifa etdiyi “Vətən yaxşıdır” mahnısı ilə başlayıb.

Həmin videoslayıdı təqdim edirik :