MN bir qrup hərbçinin tərxisi ilə bağlı vətəndaşlara müraciət etdi
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi vətəndaşlara müraciət edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya daxil olan müraciətdə “Bir qrup hərbi qulluqçunun səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilməsi haqqında” prezidentinin 2020-ci il 1 dekabr tarixli Sərəncamının icrasının sürətləndirilməsi məqsədilə vətəndaşlara müvafiq sənədləşməni həyata keçirilməsi qaydaları ilə bağlı tövsiyə edilir ki, səfərbərlikdən təxrisedilmə ilə əlaqədar hərbi qulluqçuların aşağıda göstərilən kateqoriyalara aid olmasını təsdiq edən sənədləri (surətləri notarial qaydada təsdiq olunmuş) Azərbaycan Ordusunun müvafiq hərbi hissələrinə deyil, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə təqdim olunsun:
- üç və ya daha çox uşağı olan;
- himayəsində I dərəcə əlilliyi müəyyən edilmiş şəxs olan;
- himayəsində yetkinlik yaşına çatmayan bacısı və ya qardaşı olan;
- ailənin tək övladı olan;
- ataları və ya qardaşları döyüş əməliyyatları, habelə hərbi xidmət üzrə vəzifələrin icrası zamanı həlak olmuş və ya vəfat etmiş;
- döyüş əməliyyatları zamanı yaralanmış, habelə hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sayılan;
- yaxın qohumları Ermənistan Respublikasının hərbi təxribatları və Azərbaycan Respublikasının ərazilərini atəşə tutması nəticəsində həlak olmuş;
- mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində, eləcə də onların filiallarında, Azərbaycan Milli Elmlər Akademiyasında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı”nda nəzərdə tutulmuş digər elmi təşkilatlarda əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alan”.
Vladimir Putin Co Baydeni prezident seçilməsi münasibətilə təbrik etdi
ABŞ-ın yeni dövlət katibi məlum oldu
Türkiyədə koronavirusdan daha 134 nəfər öldü
Gürcüstanın xarici işlər naziri koronavirusa yoluxub
Bakıda daha bir qadın intihar etdi: Özünü 6-cı mərtəbədən atdı
Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili XİN-ə çağırıldı
İranın xarici işlər naziri Moskvadan Yerevana gəlib
10 manatlıq şirkət "Aztelekom” un milyonluq tenderinin qalibidir
Rusiya və İran Qarabağ məsələsini müzakirə edəcəklər
Qubadlı rayonunun Dəmirçilər kəndinin videogörüntüləri yayıldı
İmişlidə avtotəmir sexində pendir və yağ da istehsalı edirdilər
Sabah paytaxtın bəzi rayonlarında su olmayacaq
Tofiq Bakıxanov “Şərəf” ordeni ilə təltif edildi
Albert Mustafayev "Prezidentin fəxri diplomu” ilə təltif edilib
Əhalinin banklardakı əmanətləri artıb
Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə telefonda danışdı
Xırdalanda dağıntılar altında qalan azyaşlının meyidi çıxarılıb
Azərbaycanda daha 326 nəfər koronavirusa yoluxdu, 7 nəfər öldü
Ramin Quluzadə Prezidentin İşlər müdiri təyin edilib
Prezident Oqtay Şahbazovu vəzifəsindən azad etdi
Paytaxtda keçmiş məhkumdan 6 kq-dan artıq narkotika götürülüb
Ermənilərin AŞ PA sessiyasında daha bir təklifi rədd edilib
Yaxın günlərdə Azərbaycana yeni mina təmizləmə maşınları gətiriləcək
İlham Əliyev yeni təyin olunan nazir Rəşad Nəbiyevi videoformatda qəbul edib
Xəzər dənizində zəlzələ olub