logo

DYP generalı Ramiz Zeynalov təqaüdə göndərildi

10:33 02-12-2020 | icon 1918
DYP generalı Ramiz Zeynalov təqaüdə göndərildi

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov tutduğu vəzifəsindən azad olunub.

YeniAvropa xəbər verir ki, bu barədə yerli KİV-lərdə məlumat yayılıb. Qeyd edilib ki, R.Zeynalov təqaüdə göndərilib.

Qeyd edək ki, 69 yaşlı Ramiz Zeynalov 1994-cü ilin avqust ayından Baş Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsində çalışırdı.