İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev yenə həbsdə qalası oldu
Bu gün Səbail rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilən İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin barəsində olan həbs qəti imkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.
YeniAvropa xəbər verir ki, hakim Şəhla Süleymanovanın sədrliyi ilə keçirilən prosesdə V.Hacıyevin həbs qətimkan tədbirinin müddəti nıvbəti dəfə daha 3 ay müddətinə uzadılıb.
Vilyam Hacıyevin İmişli rayon İcra Hakimiyyətinin sərəncamında olan vəsaitlərin sosial yardım adı altında bir hissəsini ələ keçirilməsini, eləcə də ölkə ərazisində xüsusi karantin rejiminin tələblərinin pozulması ilə sərbəst hərəkət etmək üçün bəzi vətəndaşlara saxta arayışların verilməsini tapşırmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsənilən pul vəsaitlərini sahibliyində olan yaşayış evində qəbul etdiyinə əsaslı şübhələr müəyyən olunub.
2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.
İstintaq araşdırmaları zamanı, sosial-məişət şəraitinin aşağı olması ilə bağlı mənzil növbəsində olan şəxslərə İmişli şəhərində dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş çoxmənzilli yaşayış binasında növbəli qaydada verilməli olan mənzillərin Vilyam Hacıyev tərəfindən rüşvət müqabilində qanunazidd verilməsinə əsaslı şübhələr müəyyən edilib.
Eyni zamanda, işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Vilyam Hacıyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilib.
Həmçinin, Vilyam Hacıyevin rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə, habelə İmişli rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin müntəzəm nağdlaşdıraraq mənimsəməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, Vilyam Hacıyevin tabeçiliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair məlumatlar əldə edilib.
İstintaq orqanı tərəfindən Vilyam Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.
Səbail rayon Məhkəməsi tərəfindən V. Hacıyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.
Nazir Azad Rəhimov komaya düşüb
Ramiz Mehdiyev Oqtay Səmədovu niyə işdən çıxardı? - SƏBƏB
Mərkəzi Xəstəxanasının baş həkimi və baş mühasibi saxlanıldı-Masallıda
“Azercell” nümunəvi xidmət keyfiyyəti ilə daim irəlidədir
Daha 15 müəssisədən Rusiyaya pomidor və alma ixracına icazə verilib
İnam Kərimov KT Nazirlərinin 13-cü Berlin Konfransında iştirak edib
“Şou-biznesdə sözü keçən yeganə müğənni mənəm"-Afət Fərmanqızı
Azərbaycandadaha 280 nəfər koronavirusa yoluxdu, 11 nəfər öldü
Görkəmli sərkərdə Həzi Aslanovun anım mərasimi keçirilib
XİN başçıları Azərbaycan- Gürcüstan əməkdaşlığını müzakirə ediblər
BMT-nin Nüvə Silahının Ləğvi Barədə Müqaviləsi qüvvəyə mindi
Neft Fondunun aktivləri 43,5 milyard dolları ötüb
Müdafiə sahəsində Azərbaycan-Britaniya əməkdaşlığı müzakirə olunub
Mərkəzi Bank: 500 manatlıq pul nişanı tədavülə buraxılmayıb
XİN Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə münasibət bildirib
Füzulinin Yuxarı Əbdürrəhmanlı kəndinin videogörüntüləri yayıldı
Kəmaləddin Heydərovun ölkədən pul çıxarma məsələsi böyüyür – Deputatdan açıqlama
Paytaxtın bu ərazisində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Ötən il TRACECA-nın Azərbaycan hissəsində 32,7 milyon ton yük daşınıb
Bəzi sənaye parkları "Azərbaycan İnvestisiya Şirkəti”dən çıxarılıb
Ukraynada matəm elan edilib
Azərbaycanda İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb – Fərman
Füzuli rayonunun işğaldan azad edilmiş Qarğabazar kəndi-VİDEO
Fevralın 1-dən repetitorluq fəaliyyətinə icazə veriləcək
Tələbələrin 50 faizdən çoxu dövlət hesabına təhsil alır