Şəhid ailələrinə 11 min manat veriləcək (RƏSMİ)
"Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın ailələri və bu döyüşlərdə sağlamlığını itirmiş insanlarımız cənab prezidentin tapşırığına uyğun olaraq hərtərəfli sosial təminat sistemi ilə əhatə olunublar".
YeniAvropa xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov məlumat verib.
Onun sözlərinə görə, bəzi sosial şəbəkə istifadəçilərinin şəhid ailələri və müharibə əlillərinin yalnız təqaüdlə təmin edildiyi barədə fikirləri isə məlumatsızlıqdan irəli gəlir. Onlar digər sosial ödənişlərlə (pensiya, müavinət) və sosial proqramlarla da əhatə olunurlar:
- Şəhidin vərəsələrinə sığorta ödənişi (11 min manat) verilir.
- Müharibə əlillərinə sığorta ödənişi (I dərəcə əlilliyi olan şəxslərə 8800 manat, II dərəcə əlilliyi olan şəxslərə 6600 manat, III dərəcə əlilliyi olan şəxslərə 4400 manat) ödənilir.
Əlavə olaraq, şəhid ailəsi üzvlərinə və müharibə əlillərinə:
- Əmək stajından asılı olaraq pensiya və ya müavinət ödənilir (orta məbləğ 400 manat);
- Onların əmək pensiyasının sığorta hissəsinə əlavə (55-110 manat) ödənilir;
- Prezidentin aylıq təqaüdü (210-300) ödənilir;
- Şəhid ailələrinin üzvlərinin və müharibə əlillərinin övladları və özləri təhsil haqqı ödəməkdən azad olunur;
- Protez və reabilitasiya vasitələri ilə pulsuz təmin olunurlar;
- Sanator-kurort müalicəsi üçün ildə 1 dəfə pulsuz göndərişlərlə təmin olunurlar;
- Aktiv məşğulluq proqramlarında (özünüməşğulluq, ödənişli ictimai işlər və s.) onlara üstünlük verilir;
- Onların məşğulluğunun təmin edilməsi üçün bütün işəgötürənlər üçün (dövlət və özəl) məcburi kvota müəyyən edilib;
- Şəhid ailəsi üzvləri və müharibə əlilləri üçün vergi, əmək qanunvericiliyində və s. üçün bir sıra güzəştlər də nəzərdə tutulub.
Ən önəmlisi isə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər və fərdi evlər, habelə müharibə əlillərinə avtomobillər dövlət tərəfindən təqdim edilir. İndiyədək bu kateqoriyadan olan şəxslərə 9000-ə yaxın mənzil və fərdi ev, habelə 7000-ədək avtomobil verilmişdir. Bu proqram hazırda uğurla davam etdirilir.
Beləliklə, şəhid ailələri və müharibə əlilləri mənzil və avtomobil təminatı, habelə birdəfəlik sığorta ödənişi ilə yanaşı, orta hesabla aylıq əsasda 700 manat sosial ödəniş alırlar. Bu ödənişlərin daha da təkmilləşdirilməsi, onların sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində mütəmadi iş aparılır.
ABŞ hərbi gəmisi Qara dənizə daxil oldu
Nazir Səbailin polis bölməsinin rəisini vəzifədən azad etdi
İlham Əliyev Eldar Quliyevi “İstiqlal” ordeni ilə təltif etdi
Tokio Olimpiadasının tamaşaçılarsız keçirilməsi 23,4 milyard dollar zərər vura bilər
“Vüqar Səfərli ilə birlikdə Əli Həsənova da cinayət işi açılmalıdır”
ABŞ-ın Rusiyadakı etirazları dəstəkləməsi Kremli qıcıqlandırdı
Türkiyə, Azərbaycan və Pakistan Qarabağ məsələsində bir ürək oldu
Azərbaycanda 4,2 ballıq zəlzələ oldu
Türkiyədə “Sputnik V” peyvəndi istehsal olunacaq
Səfərbərlikdən tərxis olunmuş 5298 hərbçinin müraciətinə baxılıb
Azərbaycanda daha 162 nəfər koronavirusa yoluxdu, 8 nəfər öldü
İlham Əliyev Volodimir Zelenskiyə başsağlığı verdi
Kəlbəcər rayonunun Qamışlı kəndinin videogörüntüləri yayıldı
SOCAR-ın Müşahidə Şurasının tərkibi təsdiqləndi
Prezident SOCAR-ın idarə edilməsini dəyişdirdi-Müşahidə Şurası yaradıldı
İstanbuldan Bakıya qızıl sikkələr gətirən şəxs tutuldu - Video
İlham Əliyev AMEA Naxçıvan bölməsinin sədrini "Şöhrət" ordeni ilə təltif edib
Salyan Gigiyena Mərkəzinin direktoruna cinayət işi aşıldı
Milli Məclisin deputatları AŞPA-nın qış sessiyasına yollanırlar
Dövlət Neft Fondunun qızıl ehtiyatları 102 tona çatır
MN Cəbrayıl rayonunun Aşağı Maralyan kəndinin videogörüntülərini yayıb
Vüqar Səfərli ev dustaqlığına buraxılır?-Apelyasiya şikayəti verildi
Paytaxtda “KIA” yolu keçən qadını vurub öldürdü
Sabah Bakıda 8° isti olacaq
Daxili İşlər Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət edib