logo

GUAM  İsrail ilə əməkdaşlıq haqqında memorandum imzalayacaq

16:10 01-12-2020 | icon 1799
GUAM  İsrail ilə əməkdaşlıq haqqında memorandum imzalayacaq

Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat -GUAM(Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) ilə İsrail arasında əməkdaşlıq haqqında memorandum imzalanacaq.

YeniAvropa Ukrayna KİV-nə istinadla xəbər verir  ki, bu barədə dekabrın 1-də GUAM-ın Milli Əlaqələndiricilər Şurasının videokonfrans formatında keçirilən 54-cü iclasında məlumat verilib.

Videokonfransda Azərbaycan tərəfini Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edib.

İclasda qeyd edilib ki, dekabrın 8-də GUAM-ın Milli Əlaqələndiricilər Şurası ilə İsrailin Nəqliyyat Nazirliyi arasında videokonfrans formatında keçiriləcək iclasda əməkdaşlığa dair memorandumun imzalanması nəzərdə tutulub. Artıq sənədin imzalanması üçün yekun razılaşma işləri aparılıb.

Bildirilib ki, məsələ ilə bağlı artıq İsrail ilə GUAM-a üzv ölkələri arasında ikitərəfli müzakirələr başa çatdırılıb.

 Xatırladaq ki, 1997-ci ildə yaradılmış  Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat -GUAM-ın iqamətgahı Kiyev şəhərində yerləşir.