logo

Gələn ildən Ukrayna aviaşirkəti Azərbaycana yeni reyslər açacaq

15:55 01-12-2020 | icon 2135
Gələn ildən Ukrayna aviaşirkəti Azərbaycana yeni reyslər açacaq

Ukraynanın "SkyUp Airlines" aviaşirkəti Zaporojye və Xarkov şəhərlərindən Bakıya reyslər təşkil edəcək.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Ukrayna Dövlət Aviasiya Xidməti məlumat yayıb.

Bildirilib ki, şirkət tərəfindən həftədə iki dəfə olmaqla Zaporojye-Bakı-Zaporoje, Xarkov-Bakı-Xarkov marşrutu üzrə aviareyslər həyata keçirəcək.

Uçuşlara martın sonundan start veriləcək. 

Xatırladaq ki, "SkyUp Airlines" noyabrın 30-dan etibarən Bakı-Kiyev marşrutu üzrə  çarter reysləri həyata keçirməyə başlayıb.