logo

Hulusi Akar Sergey Şoyqu ilə Qarabağda Birgə Mərkəzinin yaradılmasına dair razılaşma imzalayıb

11:55 01-12-2020 | icon 2331
Hulusi Akar Sergey Şoyqu ilə Qarabağda Birgə Mərkəzinin yaradılmasına dair razılaşma imzalayıb

Türkiyə-Rusiya Birgə Mərkəzinin yaradılması və vəzifə əsaslarına dair texniki detallarla bağlı danışıqlar tamamlanaraq razılaşma imzalanıb. Mərkəzin ən qısa müddətdə fəaliyyətə başlaması üçün lazımi işlər gedir.

 YeniAvropa xəbər verir ki, bu barədə məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.

Məlumatda bildirilib ki, Azərbaycan ilə Ermənistan arasındakı atəşkəsin tətbiq olunmasını müşahidə və təftiş etmək məqsədilə noyabrın 11-də Türkiyənin  milli müdafiə naziri Hulusi Akar ilə Rusiyanın müdafiə naziri Sergey Şoyqu arasında videokonfrans vasitəsilə ilkin anlaşma imzalanıb.