logo

Laçında komendant postlarının yaradılmasına başlanılıb

11:33 01-12-2020 | icon 1799
Laçında komendant postlarının yaradılmasına başlanılıb

Laçın rayonunda komendant postlarının yaradılması ilə bağlı işlər görülür.

 YeniAvropa xəbər verir ki, bu barədə Laçın rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilir ki, hazırda bu istiqamətdə hazırlıq işləri görülür: "Bu gün Azərbaycan Ordusu rayon ərazisinə daxil olub. Ordu mövqeləri möhkəmləndirəndən sonra komendant postlarının yaradılmasına başlanacaq. Yəqin ki, sabah komendant postları yaradılacaq, Laçın rayon polis şöbəsinin əməkdaşları əraziyə köçürüləcək".

Qeyd edək ki, Azərbaycan Respublikası və Rusiya Federasiyası prezidentləri, Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.