logo

Əli Əsədov ölkədə distant tədrisin müddətini dekabrın 30-dək uzatdı

18:19 30-11-2020 | icon 1939
Əli Əsədov ölkədə distant tədrisin müddətini dekabrın 30-dək uzatdı

Azərbaycan Respublikasında distant tədris prosesinin müddəti uzadılıb.

YeniAvropa xəbər verir ki, bununla əlaqədar baş nazir Əli Əsədov “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” 2020-ci il 29 oktyabr tarixli 430 nömrəli Qərarda dəyişiklik edib.

Dəyişikliyə əsasən, qərarın qüvvədə olma müddəti dekabrın 1-dən 30-dək uzadılıb.

Bununla da, ölkə ərazisində distant tədris forması dekabrın 30-dək davam edəcək.

Qeyd edək ki, Qərara əsasən, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilir.