logo

Azərbaycanda daha 2981 nəfər koronavirusa yoluxdu, 31 nəfər öldü

17:16 30-11-2020 | icon 1953
Azərbaycanda daha 2981 nəfər koronavirusa yoluxdu, 31 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasına daha 2981 yoluxma faktı qeydə alınıb, 1226 nəfər müalicə olunaraq sağalıb. 

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 121 min 176 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 74 min 902 nəfər müalicə olunaraq sağalıb, 1392 nəfər vəfat edib. Aktiv xəstə sayı 44882 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 728 min 577 test aparılıb. Bugünkü test sayı isə 10342-dir.