BNA rəhbərinin 3,5 milyonluq şübhəli tenderi:Dövlətin pulu hara axır?
Bakı Nəqliyyat Agentliyi(BNA) “ARİS” MMC ilə maliyyə dəyəri 3 milyon 498 min 316 manat 50 qəpik olan müqavilə imzalayıb.
YeniAvropa xəbər verir ki, müqaviləyə əsasən şirkət Bakıda fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrinin marşrut xətlərinin planlaşdırılması və qrafiklər üzrə idarə olunması üçün ümumi proqram təminatını, iş və xidmətləri həyata keçirməli və bununla əlaqədar BNA-nı müvafiq mallarla təmin etməlidir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında qeyd edilir ki, “ARİS” MMC 19 mart 2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayanu, Hüseyn Cavid pr, ev 87A, m 757-də yerləşir. Şirkətin qanuni təmsilçisi isə Haqverdiyev Ruslan Rüstəm oğludur.
Onunla bağlı açıq mənbələrdə heç bir məlumat yoxdur. “ARİS” MMC isə BNA-nın şübhəli tenderlərində iştirak edən şirkət kimi tanınır.
Məsələ burasındadır ki, BNA bu ilin avqust ayında MMC ilə 828 min 360 AZN dəyərində müqavilə imzalayıb. Müqavilədə “ARİS” MMC-nin “İnformasiya və kommunikasiya texnologiyaları üzrə 12 (on iki) aylıq texniki xidmət” həyata keçirməsi nəzərdə tutulub.
Mediada yayılan məlumatlara görə, “ARİS” MMC daha əvvəl də BNA-nın keçirdiyi tender müsabiqəsində qalib olub. Bu ilin fevralında qurum şirkətlə 220 min 248.89 AZN dəyərində müqavilə imzalayıb. “ARİS” MMC BNA üçün “Personal kompyuter, server, şəbəkə, telefoniya infrastrukturu və avtobuslarda ödəniş sistemlərinin yenidənqurulması və aylıq texniki xidmətləri” göstərib.
2019-cu ildə isə BNA ilə ARİS MMC arasında 2 müqavilə imzalanıb. İddialara görə, hər iki müqavilə satınalma proseduru keçirilmədən "ARIS" MMC-yə verilib. Maliyyə dəyəri 1 milyon 201.8 AZN olan birinci müqavilədə foto və video qeydiyyatı aparan xüsusi aşkarlama cihazlarının satın alınması və quraşdırılması nəzərdə tutulur. İkinci müqavilə isə şirkətin BNA-nı bu sistemin fəaliyyətini təmin etmək üçün serverlər və informasiya texnologiyaları avandanlıqları ilə təmin etməsi ilə bağlıdır. Müqavilənin maliyyə dəyəri 1 milyon 595.4 min AZN olub.
Göründüyü kimi BNA “ARİS”ə vaxtaşırı müraciət edir. Bu da tenderlərin şəffaf keçirildiyinə şübhələri artırır.
Digər tərəfdən, mediada gedən məlumatlara görə, “ARİS” MMC-nin dövlət büdcəsinə 68 min 836.62 manat vergi borcu var.
“Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsi vergi borcu olan şirkətlərin tenderdə iştirakını qadağan edir. ("Yenisabah.az")
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq
Qırğızıstan prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir
Mayın 1-dən Azərbaycanda balıq ovuna moratorium qüvvəyə minir
Çində sayca beşinci “Azərbaycan Ticarət Evi” açılıb
Azərbaycan nefti 89,49 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb
Avropa Komissiyası Ukraynaya 1,5 milyard avro yardım ayırıb
Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni məğlub edərək finala yüksəlib
Qırğızıstan prezidentinin şərəfinə “Gülüstan” sarayında ziyafət verilib
Bayden Ukraynaya 61 milyard dollarlıq hərbi yardım haqda qanunu imzalayıb
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılışında iştirak ediblər
“Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
Qırğızıstan prezidenti Şəhidlər xiyabanını ziyarət edib