logo

Levon Ter-Petrosyan Paşinyanı millətin düşmənı adlandırdı

13:53 30-11-2020 | icon 1771
Levon Ter-Petrosyan Paşinyanı millətin düşmənı adlandırdı

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan baş nazir Nikol Paşinyanı “millətin düşməni” adlandırıb.

YeniAvropa xəbər verir ki, bu barədə sabiq prezidentin mətbuat katibi Arman Musinyan özünün "Facebook" səhifəsində jurnalistlərin sorğusuna cavab olaraq yazıb.

 “Prezident Ter-Petrosyan "millətin düşməni" olan bu  psixi xəstənin  təxəyyülünün məhsulu olan hər hansı bir fikri şərh etməyi mənasız sayır. Qoy nə istəyir , onu da etsin. Bütün hallarda , bundan sonra o, özünə bəraət qazandıra bilməyəcək . Erməni xalqı heç vaxt onu bağışlamayacaq”,- deyə A.Musinyan statusda bildirib.  

Qeyd edək ki, bu gün səhər Nikol Paşinyan "Facebook" hesabında status yazaraq  Qarabağda müharibə gedən zaman eks-prezidentlər Levon Ter-Petrosyan və Robert Köçəryan Moskvaya, Putinlə görüşə getmək istədiyini yazıb. Bildirib ki, sabiqlər görüşə Ermənistanın xüsusi nümayəndələri statusunda qatılmaq istəməsi səbəbindən Putin onları qıbul etməyib. 

Xatırladaq ki, 2000-ci illərdə Nikol Paşinyan Levon Ter-Petrosyanın yaxın tərəfdaşlarından biri olub və onu özünün müəllimi adlandırırmış.