logo

Dilqəmin yazdığı şeir Şuşa həbsxanasından tapıldı

13:21 30-11-2020 | icon 371
Dilqəmin yazdığı şeir Şuşa həbsxanasından tapıldı

2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər.

 YeniAvropa xəbər verir ki, bu müddət ərzində onlar Vətən Müharibəsi başyanadək Şuşa həbsxanasında saxlanııblar. Noyabrın 8-də Azərbaycan Ordusu Şuşa şəhərini işğaldan azad edib. Bu günlərdə Şuşa həbsxanasında olan hərbçilərimiz  Ermənistan Silahlı Qüvvələrinin girov götürdüyü Dilqəm Şahbazovun saxlanıldığı kamerada olublar və onun yazdığı şeiri tapıb

Bu barədə Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov məlumat verib. O bildirib ki, hərbçilərimiz Şuşa həbsxanasından atasının yazdığı şeirin şəklini çəkərək ona göndəriblər. K.Əsgərov uzun illərdir ki, Şuşa həbsxanasında saxlanılan atasına aid başqa əşyaların tapılacağına da ümid etdiyini söyləyib. O bildirib ki, atasına aid hər bir əşya onun üçün dəyərlidir.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsi başlayan ərəfədə Dilqəm Əsgərov və Şahbaz Quliyev Şuşa həbsxanasından Ermənistana aparılıb. Hazırda onların Ermənistanın Şırak rayonundakı "Atik" türməsində saxlandığı bildirilir. 

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. Həmin vaxt işğal altında olan Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz "məhkəmə" qurulub. "Məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.