logo

Koronaviruslu xəstələrlə çalışan 3 tələbə avtoqəzada həlak oldu

11:17 30-11-2020 | icon 3745
Koronaviruslu xəstələrlə çalışan 3 tələbə avtoqəzada həlak oldu

Bu gecə Bakıda baş verən avtomobil qəzası nəticəsində Azərbaycan Tibb Universitetinin 3 tələbəsi - Tuncay Məmmədov, Sahil Mustafazadə və Yeganə Məmmədova həlak olub.

 YeniAvropa xəbər verir ki, hər üç tələbə koronaviruslu xəstələr üçün olan modul tipli klinikada könüllü kimi çalışıblar. Hadisə onlar işdən evə gedərkən baş verib. Tələbələrdən ikisi hadisə yerində, Tuncay Məmmədov isə xəstəxanada keçinib.

Qəzada yaralanan digər tələbə İlkin Ağamirzəyev hazırda Bakıda özəl xəstəxanaların birində müalicə olunur. Onun vəziyyətinin də ağır olduğu deyilir.

0-1