logo

İranda daha 389 nəfər koronavirusdan həyatını itirib

21:29 29-11-2020 | icon 2170
İranda daha 389 nəfər koronavirusdan həyatını itirib

Son 24 saat ərzində İranda 12 min 950 nəfər koronavirusa yoluxub, 389 nəfər isə həyatını itirib.

 YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki,  bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari gündəlik mətbuat konfransında verib.

Bununla da İranda virusa yoluxanların ümumi sayı 948 min 749-a, ölənlərin sayı isə 47 min 875-ə yüksəlib.

Onun sözlərinə görə, hazırda xüsusi xəstəxanalarda müalicəsini davam etdirən 5859 nəfərin vəziyyəti ağır olaraq qalır