logo

Bakıxanov qəsəbəsində beşmərtəbəli binada yanğın baş verib

17:35 29-11-2020 | icon 3087
Bakıxanov qəsəbəsində beşmərtəbəli binada yanğın baş verib

Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində beşmərtəbəli binanın 3-cü mərtəbəsində (yeni tikilən kommersiya təyinatlı obyekt) yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən YeniAvropa-ya bildirilib  ki, ilkin məlumata görə, yanğın təqribən 150 m² sahədə olub. Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.