Rusiya Xankəndiyə 60-dan çox hərbi həkim göndərib.
YeniAvropa xəbər verir ki, bu barədə “RİA Novosti” ölkənin Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.
Bildirilib ki, həkim heyətinini tərkibində hərbi cərrahlar, anestezioloq-reanimatoloqlar, terapevtlər və epidemioloqlar yer alıb.
Müdafiə Nazirliyinin açıqlamasında o da əlavə edilib ki, Rusiya hərbçiləri artıq Xankəndidə ictimai nəqliyyatın bərpasına kömək ediblər.