logo

Azərbaycanda yeni koronavirus antirekordu:bir gündə 38 ölü

14:13 29-11-2020 | icon 1687
Azərbaycanda yeni koronavirus antirekordu:bir gündə 38 ölü

Azərbaycanda koronavirus infeksiyasına daha 4170 yoluxma faktı qeydə alınıb, 1985 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 118 min 195 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 73 min 676 nəfər müalicə olunaraq sağalıb, 1361 nəfər vəfat edib. Aktiv xəstə sayı 43 min 158 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 718 min 235 test aparılıb. Bugünkü test sayı isə 17 min 581-dir.