logo

İsmayıllıya 10 sm-dək qar yağıb

09:13 29-11-2020 | icon 1582
İsmayıllıya 10 sm-dək qar yağıb

Ötən gün səhər saatlarından başlayaraq yağan qar İsmayıllının şimal dağlıq ərazilərini ağ örpəyə bürüyüb.

YeniAvropa xəbər verir ki, bu barədə  İsmayıllı rayon İH-dən bildirilib. Qeyd edilib ki, rayonun Basqal və Lahıc qəsəbələrində, Tağlabiyan, Kəlfərəc, Mücü, Sulut, Xankəndi, Yuxarı Cülyan, Müdrü, Müdrüsə, Mulux, Nanıc, Vaşa, Daxar, Prirəqanım və Əhən kəndlərində qarın hündürlüyü 5-10 santimetrə çatıb.

Bildirilib ki, yağan qar rayonda heç bir fəsad törətməyib.